Parlament binasının qarşısı etirazçılardan təmizləndi

  • 21.06.2019
  • 0

Tbilisidə mitinqçilər parlament binasına daxil olmağa çalışıb. Polis nümayişçilərin qarşısını kəsib. Etirazçılar polisə plastik qablar atır.

“Qafqazinfo” Gürcüstan KİV-nə istinadən xəbər verir ki, Daxili İşlər naziri Georgi Qaxariya etirazçıları dərhal binanın önünü tərk etməyə və qanuna əməl etməyə çağırıb. əks halda, onlara qarşı tədbirlər görüləcəyini deyib. Aksiya hazırda davam edir.

Qeyd edək ki, Parlamentlərarası Pravoslavlıq Assambleyasında Rusiya Kommunist Partiyasının nümayəndəsi Sergey Qavrilovun Azərbaycanda səfərdə olan İrakli Kobaxidzenin yerində oturması parlamentdə gürcü deputatların etirazına səbəb olub. Onlar ümumiyyətlə, rusiyalı nümayəndə heyətinin Tbilisidə olmasına etiraz ediblər. Gürcüstanın hakim “Gürcü arzusu – demokratik Gürcüstan” partiyasının liderləri baş verənləri “protokol səhvi” adlandırsa da müxalifət bununla razılaşmayıb. Parlementin qarşısına toplaşan nümayişçilər spiker İrakli Kobaxidzenin istefasını tələb edirlər. Mitinqdə, həmçinin, növbədənkənar seçkilərin keçirilməsi tələb edilir.

Nə düşünürsən?