Ölülər Günü / Latın Amerikasında – əsasən də Meksika, Qvatemala, Honduras və Salvadorda qeyd olunur

  • 20.06.2019
  • 0

⏩▶️ABUNƏ OLUN!◀️ https://www.youtube.com/channel/UCBRBXxIvXzwVYVj_Bp0bhsw?sub_confirmation=1


Ölülər Günü


Ölülər Günü Latın Amerikasında – əsasən də Meksika, Qvatemala, Honduras və Salvadorda qeyd olunan, məqsədi ölüləri anmaq olan bayramdır. İspanca “Día de Muertos” adlanır. Adətə görə bu bayramın keçirildiyi günlərində rəngarəng karnaval təşkil edilir. Müasir dövrdə bu bayram hər il noyabrın 1 və 2-də qeyd olunur. Ənənəyə görə, noyabrın 1-i vəfat etmiş uşaqları, noyabrın 2-si isə vəfat etmiş böyükləri və yaşlıları yad edirlər.


Bu bayramın tarixi Latın Amerikasının ispanlara qədərki tarixinə kimi gedib çıxır. Belə ki, onun başlanğıcının asteklərə aid olduğu məlumdur. Qədim asteklərin dövründə bu bayramda baş fiqur "Miktlantekuli" adlı "Cənab Ölü" hesab olunurdu. Həmin dövrlərdə bu bayram adətən iyul-avqust aylarında keçirilərdi. Lakin ispanların bu ərazilərdə məskunlaşmasından sonra ispan keşişləri bayramın noyabr ayına keçirilməsinə qərar verib.


Hellouindən fərqli olaraq, Ölülər Günü qorxutmaq məqsədli deyil. Burada olan skeletlər ölənlərə işarədir. İnanclara görə gerçək ölüm unudulduğunda olur, festivalın məqsədi də məhz ölənlərin unudulmamasını təmin etməkdir. Bu məqsəd istiqamətində vəfat etmiş insanları xatırlamaq üçün şəkərdən kəllə və bəzək-düzəklər, ölənlərin sevdiyi qoxuların, süsləmələrin olduğu qurbangahlar hazırlanır.


İnsanlar ölü kimi geyinərək bəzənir; minlərlə insan özünü ölüyə bənzədərək, nağıllarda olan ölü qəhrəmanların kostyumlarını geyərək şəhərin küçələrinə çıxırlar. Hətta yaxınlarını yad etmək üçün qəbirstanlığa gedənlər bu mərasimi yasdan şənliyə çevirirlər. Hesab edilir ki, həmin günlərdə hər kəs ölüsünə mümkün qədər çox sevinc bəxş etməlidir, elə buna görə də qəbirlərə məxmər gülünün ləçəkləri qoyulur.


Qeyd edim ki, bu ənənəvi bayram 2008-ci ildə YUNESKO tərəfindən Bəşəriyyətin Qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahısına daxil edilmişdir.


Musiqi: Spirit of the Dead 2:49 Aakash Gandhi Ambiyans | Karanlık

Nə düşünürsən?