Azərbaycan-Rusiya sərhədləri müəyyənləşir

  • 20.06.2019
  • 0

Azərbaycanla Rusiya arasında dövlət sərhədinin demarkasiyası üzrə birgə komissiyanın yeddinci iclası keçirilib.

İclasda iki ölkə arasında dövlət sərhədinin demarkasiyası prosesinin davam etdirilməsi ilə bağlı məsələlər müzakirə edilib.

Görüşdə tərəflər dövlət sərhəd xəttinin yüksək dağlıq ərazilərdəki hissəsində sərhəd nişanları ilə işarələnməsi üzrə iş planını qəbul ediblər.İclasın nəticələrini əks etdirən protokola uyğun olaraq,

Birgə Komissiyanın işçi qrupu tərəfindən bu ilin iyul-oktyabrında Rusiya-Azərbaycan sərhədinin dağlıq ərazilərində nişanlar quraşdırılacaq. eləcə də dövlət sərhəd xəttinin meşə hissəsində, körpü və sərhəd-buraxılış məntəqələrində müvafiq demarkasiya işləri aparılacaq.

Birgə Komissiyanın növbəti iclasının Rusiya ərazisində keçirilməsi nəzərdə tutulur. İclasın keçirilmə tarixi diplomatik kanallar vasitəsilə razılaşdırılacaq.

Nə düşünürsən?