Messili Argentina yenə qələbə qazana bilmədi

  • 20.06.2019
  • 0

Amerika Kubokunda mübarizə aparan Argentina millisi növbəti oyununa çıxıb. “Qafqazinfo” xəbər verir ki, Messinin lideri olduğu komanda 2-ci matçında da qələbəyə həsrət qalıb.

Paraqvayla qarşılaşan Argentina 1:1-lik bərabərliyə imza atıb.

Komandanın yeganə qoluna 57-ci dəqiqədə Messi imza atıb. O, penaltidən fərqlənib.

Amerika Kuboku

Argentina – Paraqvay 1:1

Qollar: Messi, 57 (penalti) – Sançes, 37

Nə düşünürsən?