Kolumbiya "play-off"a yüksəldi

  • 20.06.2019
  • 0

Futbol üzrə Amerika Kubokunun qrup mərhələsinin 2-ci tur matçında Kolumbiya yığması Qətər millisi ilə qarşılaşıb.

Matç cənubi amerikalıların 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Oyunda yeganə qol 85-ci dəqiqədə vurulub: Duvan Sapata Hames Rodriqesin ötürməsindən sonra fərqlənib.

Ardıcıl ikinci qələbəsini qazanan Kolumbiya "B" qrupunun birinci pilləsində möhkəmlənib və turnirin "play-off" mərhələsini özünə təmin edib.

Nə düşünürsən?