Nağd ödəmələrlə mübarizə

  • 20.06.2019
  • 0

Nağdsız hesablaşmaların artması, kölgə iqtisadiyyatının azaldılması, şəffaflığın təmin edilməsi Azərbaycanın qarşısında duran ən vacib məsələlərdən biridir.

Bunu REAL-a açıqlamasında Milli Məclisin İqtisadi Siyasət, Sənaye və Sahibkarlıq Komitəsinin sədri Ziyad Səmədzadə deyib. 

Komitə sədri hesab edir ki, nağdsız ödənişlərdən imtinaya görə cəza mexanizmi tətbiq olunmalı və nağd ödənişlərinin nisbətinin azaldılması üçün əlavə tədbirlər görülməlidir. 

Qeyd edək ki, 2019-cu il yanvarın 1-dən ticarət və ictimai iaşə sektorunda çalışan hüquqi və fiziki şəxslərə nağdsız ödənişlərin həcminə mütənasib olaraq vergi güzəştləri tətbiq edilir və bu tipli stimullaşdırıcı tədbirlərin 3 il davam edəcəyi nəzərdə tutulur.

Nə düşünürsən?