Загрузка...

Yük avtomobili arxasıyla toz-torpaq qaldırır

18.06.2019 | 0 | 0

Mişar daşı ilə dolu yük avtomobili arxasıyla toz-torpaq qaldırır.

Yükdaşıma qaydalarını kobud şəkildə pozan sürücü yükün üstünü örtməyib. Nəticədə isə daşların üzərindəki toz qatı ətrafa yayılır.

Görüntüləri "Xəzər Xəbər"in "qaynar xətt"inə göndərən vətəndaş deyir ki, bu yük avtomobili butün yolu bu şəkildə gedir. Arxada gələn sürücülər isə yolu görməkdə çətinlik çəkirlər.

Görüntüləri izləyən yol hərəkəti üzrə ekspert Azər Allahverənov bildirir ki, sürücünün bu məsuliyyətsizliyi qəza baş verməsinə səbəb ola bilər.

Azər Allahverənov onu da bildirdi ki, sürücü elə bu videoya əsasən də cərimələnə bilər.

Ekspertlər deyirlər ki, yük avtomobillərinin yükdaşıma qaydalarını pozmasına görə tez-tez qəzalar baş verir. Xüsusilə də daşınan daşlardan birinin yola düşməsi digər sürücülər üçün real qəza şəraiti yaradır.

Nə düşünürsən?