Paytaxta yeni sərnişin avtobusları gətirilir

  • 18.06.2019
  • 0

300 ədəd yeni avtobus avqustda Bakıya gətiriləcək

Yeni alınan avtobuslar tenderdə qalib gəlmiş Türkiyənin BMC şirkətinin istehsalıdır. Sərnişinlərin rahatlığı üçün tam tələblərə cavab verən avtobuslar kondisionerlə, istilik sistemi ilə təchiz olunub. Bu avtobusların 280 ədədi 12 metr, 20 ədədi isə 18 metr uzunluğundadır. 

Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri qeyd etdi ki, yeni avtobuslar da hazırda işləyən Baku Bus avtobusları kimi nağdsız ödəniş sistemi ilə çalışacaq. Mais Ağayev həmçinin vurğuladı ki, paytaxtın avtobus parkının yenilənməsi alınan 300 avtobusla yekunlaşmayacaq. Bu proses davamlı olaraq aparılacaq.

Nə düşünürsən?