Xaçmazdan Bakıya satmağa narkotik gətirdi

  • 18.06.2019
  • 0

Yol polisi postda narkotik maddə alverçisini tutub.

HadisəSaray qəsəbəsində yerləşən stasionar postda olub. Polisə məlumat daxil olub ki, Xaçmaz rayon sakini əvvəllər məhkum olunmuş Mübariz Novruzi narkotik maddə satmaq üçün paytaxa gəlir.

Postda onun sərnişin kimi olduğu avtomobil saxlanılıb. Mübariz Novruzinin üzərindən 251 qramdan çox yüksək təsiredici xassəyə malik narkototik vasitə heroin və 250 qramdan çox tiryək aşkar ediklərək götürülüb. Mübariz Novruzi ifadəsində narkotik vasitələri satmaq niyyəti ilə Bakı şəhərinə apardığını etiraf edib.

Nizami Rayon Polisİdarəsi 23-cü Polis Bölməsi əməkdaşları da narkotik maddələrin satışı ilə məşğul olan şəxsləri saxlayıb. Əvvəlcə Bakı şəhər sakini Firuz Mehdizadə İbrahim Cəfərovun 242 manat pulunu bankomat kartından oğurladığı üçün polislər tərəfindən tutulub. Onun üzərində şəxsi axtarış aparılan zaman heroin aşkar olunaraq götürülüb. Firuz Mehdizadə ifadəsində heroini Nizami rayonu Keşlə qəsəbəsində yaşayan Gündüz adlı narkotacirdən aldığını bildirib.

Əməliyyat tədbirlərinin davamı olaraqnarkotik vasitələrin satışı ilə məşğul olan əvvəllər dəfələrlə məhkum edilmiş Gündüz Tahirov da bölmə əməkdaşları tərəfindən tutularaq istintaqa təqdim edilib. Onun yaşadığı evə baxış zamanı heroin, 5 kiloqram qurudulmuş marixuana, müxtəlif növ psixotrop dərmanlar və 10 ədəd qurudulmuş çətənə kolu aşkar edilərək götürülüb.

Hər iki faktla bağlı cinayət işi başlanıb, istintaq tədbirləri davam etdirilir.

Nə düşünürsən?