Kənan M.M: Fəxri ad yox, maddi dəstək istəyirəm

18.06.2019 | 1 | 0

"Bir ssenari vermişəm, ümid edirəm, dövlət hesabına nəsə çəkəcəm. Bu, mənim Mədəniyyət Nazirliyindən son istəyimdir. Hamı buradan çıxsın getsin, bəs, burada kim qalsın? Bizim xəmirimiz burada yoğrulub, nəsə edək. Fəxri ad istəmirəm, dövlət hesabına film çəkmək istəyirəm. Maddi dəstək istəyirəm".

AzNews.az xəbər verir ki, bu sözləri rejissor Kənan M.M. "Şou news"a açıqlamasında deyib. Sənətçi sosial şəbəkədə izləyicilərin tənqidinə reaksiya verən məşhurları qınayıb:

"Bir müğənniyə tanımadığı bir istifadəçi nəsə yazır. Onun şəklini çəkir, paylaşır, təhqir edir onu. Tarkana, Ebru Gündeşə yazılmır elə şərhlər? O, ordadı, sən burada. Lazım deyil, tanınmışa hər şey yazarlar. Sənin işin budur".

Kənan "Övladıma imkan vermərəm müğənni olsun" deyən sənət adamlarını tənqid edib:

"Adam sənətin çörəyini yeyir. Deyir, övladıma imkan vermərəm, musiqiçi olsun. Yalan deyir. Onda o maşını sürmə, evi istəmə. Sənətin çörəyini yeyirsən, onu alçaltmağa haqqın yoxdur".

Nə düşünürsən?
Yüklənir...