Bakıda dəhşətli qəza: Ölənlər var

  • 17.06.2019
  • 0

Bakı-Qazax yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib. Qaradağ rayonunda “Ford” markalı mikroavtobus və “Toyota Prado” markalı minik avtomobili toqquşub. Hadisə nəticəsində ölənlərin olduğu bildirilir. Yaralılar var. Mikroavtobusda Hindistan vətəndaşları olub. Onlar Bakı Gəmiqayırma Zavodunun subkontraktor işçiləridir. Qəzaya səbəb kimi “Ford”un “Toyota Prado”nun yoluna çıxdığı göstərilir. Səhiyyə Nazirliyi Qaradağda baş verən qəza ilə bağlı məlumat yayıb. Nazirlikdən verilən məlumata görə, hadisə nəticəsində 3 nəfər ölüb, 12 nəfər yaralanıb. Onlardan 8-i Kliniki Tibbi Mərkəzə, 4-ü isə Respublika Kliniki Xəstəxanasına çatdırılıb.

Nə düşünürsən?