Ölkədə taxıl biçini davam edir

  • 17.06.2019
  • 0

1 milyon tona yaxın taxıl biçilib

Respublika ərazisində taxıl biçini davam edir. Bu il Azərbaycan ərazisində 1 milyon hektar sahədə taxıl əkini aparılıb. 2018-ci illə müqayisədə bu il 100 min hektar daha çox biçin aparılıb. 

Kənd Təsərrüfatı Nazirliyinin mətbuat katibi kombayn çatışmazlığı ilə bağlı iddialara cavab verib. Onun sözlərinə görə, bu iddiaların heç bir əsası yoxdur.

Son günlər Şamaxı, Göyçay, Yevlax və Ağcabədidə taxıl sahələrində yanğın hadisələri qeydə alınıb.

Nazirlik bildirir ki, bu hadisələrin baş verməsində insan faktoru rol oynayıb.

Kənd Təsərrüfatı Nazirliyi vətəndaşları əkin sahələrində yanğın təhlükəsizliyin əməl etməyə çağırır. 

Nə düşünürsən?