Ermənilər Qarabağda geniş miqyasda hərəkətə keçdilər

  • 17.06.2019
  • 0

Azərbaycanın işğal edilmiş ərazilərinə yerləşdirilən erməni hərbi birləşmələri bu gün hərbi təlimlərə başlayıb.

Publika.az Ermənistan mediasına istinadən xəbər verir ki, təlimlərdə 10 min erməni əsgər, 200-dən çox artilleriya, 150 zirehli texnika, 50-dən artıq hava Hücumundan Müdafiə sistemi, 400-dən çox avtotexnika iştirak edir.

Bu gün başlayan təlimlər iyunun 20-dək davam edəcək. Təlimlərin videogörüntüləri separatçı rejimin adını daşıyan "Youtube” kanalında yayımlanıb.

Son günlər işğalçı Ermənistanın cəbhədə törətdiyi təxribatlar fonunda bu təlimlər diqqət çəkir.

Nə düşünürsən?