Ramiz Rövşən kimdir?

  • 17.06.2019
  • 0

▂▃▄▅▆▇█ABUNƏ OLUN! █▇▆▅▄▃▂

▬▬▬▬▬▬▬▬▬ஜ۩۞۩ஜ▬▬▬▬▬▬▬▬▬

Xalq şairi Ramiz Rövşən kimdir?


Azərbaycan Respublikası Prezidentinin 24 may 2019-cu il tarixli Sərəncamı (25 mayda elan edilib) ilə Əliyev Ramiz Məmmədəli oğluna – Ramiz Rövşənə Azərbaycan Respublikasının “Xalq şairi” fəxri adı verilmişdir.


Bəs Ramiz Rövşən kimdir?


Ramiz Rövşən 15 dekabr 1946-cı ildə Bakının Əmircan kəndində anadan olub. Əslən Qubadlı rayonunun Teymur Müskanlı kəndindəndir.


Orta təhsilini Suraxanı rayonundakı 208 nömrəli orta məktəbdə alıb. Ali təhsilini 1964-1969-cu illərdə Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsində almışdır. 1976-1978-ci illərdə Moskva Ali Ssenari Kurslarında oxumuşdur.


Müxtəlif vaxtlarda Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında, "Mozalan" satirik kinojurnal studiyasında redaktor, kinostudiyanın ssenari emalatxanasında ssenarist vəzifələrində işləmiş, 1979-1987-ci illərdə ssenari redaksiya heyətinin üzvü olmuş, 1987-1992-ci illərdə kinostudiyanın baş redaktoru vəzifəsində işləmişdir. 1992-ci ildən Azərbaycan Tərcümə Mərkəzinin baş redaktoru olmuşdur.


Ramiz Rövşənin ssenariləri əsasında çoxlu sayda bədii və sənədli film çəkilib. Şeir və hekayələri tərcümə edilərək bir sıra keçmiş SSRİ respublikalarında, eləcə də ABŞ-da, Almaniyada, Böyük Britaniyada, Fransada, Polşada, Bolqarıstanda, Türkiyədə və İranda çap olunub. 1997-ci ildə qəbul olunmuş Müsavat Partiyasının himninin sözlərini Ramiz Rövşən yazmışdır.


O, “Bir yağışlı nəğmə”, “Göy üzü daş saxlamaz”, “Kəpənək qanadları”, “Gedək biz olmayan yerə”, “Nəfəs - kitablar kitabı”, “Yağışlı nəğmə” və başqa kitabların müəllifidir.


Ramiz Rövşən həm də bədii tərcümə ilə məşğul olur.


Ramiz Rövşən 2019-cu ildə Avrasiya Akademiyasının üzvi seçilmiş, ona “Avrasiya Əfsanəsi” mükafatı təqdim olunmuşdur.


Musiqi: Three Kinds of Suns 3:16 Norma Rockwell Sinematik | Dramatik

Nə düşünürsən?