Afaq Məsud kimdir?

  • 16.06.2019
  • 0

▂▃▄▅▆▇█ABUNƏ OLUN! █▇▆▅▄▃▂

▬▬▬▬▬▬▬▬▬ஜ۩۞۩ஜ▬▬▬▬▬▬▬▬▬

Xalq yazıçısı Afaq Məsud kimdir?


Azərbaycan Respublikası Prezidentinin 24 may 2019-cu il tarixli Sərəncamı (25 mayda elan edilib) ilə Vəliyeva Afaq Məsud qızına – Afaq Məsuda Azərbaycan Respublikasının “Xalq yazıçısı” fəxri adı verilmişdir.


Bəs Afaq Məsud kimdir?


Afaq Məsud 3 iyun 1957-ci ildə Bakı şəhərində anadan olub.


1979-cu ildə Azərbaycan Dövlət Universitetinin Jurnalistika fakültəsini bitirmişdir. 1979-1986-cı illərdə "Azərbaycanfilm" kinostudiyasında redaktor, redaksiya heyətinin üzvü, 1986-1988-ci illərdə "Azərbaycantelefilm"də direktor vəzifələrində çalışmışdır. 1990-2014-cü illərdə Respublika Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin sədri, "Xəzər" dünya ədəbiyyatı jurnalının baş redaktoru olmuşdur.


16 may 2014-cü ildə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin direktoru vəzifəsinə təyin edilmişdir. 18 may 2018-ci ildən Tərcümə Mərkəzinin İdarə Heyətinin sədridir.


Əsasən romanlar və hekayələr müəllifi kimi tanınan Afaq Məsudun əsərləri rus, ingilis, fransız, alman, özbək dillərinə tərcümə və nəşr edilmişdir.


O, Qabriel Qarsiya Markesin "Patriarxın payızı", Tomas Vulfun "Dünyanın hörümçək toru" romanlarını, qədim sufi əlyazmalarını –Nəsifinin "Mövcudluq haqqında həqiqət", Əl-Qəzalinin "Səadət iksiri", "Oğluma məktub", "İlahi bilik", İbn Ərəbinin "Məkkə açıqlamaları", Cəlaləddin Ruminin və digər sufi mütəfəkkirlərinin əsərlərini Azərbaycan dilinə tərcümə edib.


"Can üstə", "O məni sevir", "Yol üstə", "Qatarın altına atılan qadın", "Kərbala", “Mənsur Həllac” adlı pyeslərin müəllifidir.


Əsərləri əsasında "Sərçələr", "Qonaqlıq", "Gecə", "Cəza", "Dovşanın ölümü" televiziya filmləri çəkilib.


2000-ci ildə Vyana Universitetində Afaq Məsud yaradıcılığını tədqiq edən doktorluq işi müdafiə edilib.


Afaq Məsud bir neçə nüfuzlu milli və beynəlxalq ədəbi mükafatlara layiq görülüb.


Azərbaycan Respublikasının Prezidenti tərəfindən 12 iyul 2005-ci ildə Azərbaycan ədəbiyyatı və mədəniyyətinin inkişafındakı xidmətlərinə görə ona "Əməkdar incəsənət xadimi" fəxri adı verilmiş, 1 iyun 2017-ci ildə Azərbaycanda tərcümə işinin inkişafında xidmətlərinə görə “Şöhrət” ordeni ilə təltif edilmişdir.


Musiqi: Mirage 2:58 Chris Haugen Sinematik | Dramatik

Nə düşünürsən?