Ermənilərə ağır zərbə: İrəvan aciz durumda qaldı

  • 16.06.2019
  • 0

Fransa məhkəməsində Azərbaycanın işğal olunmuş şəhərlərində qondarma rejim tərəfindən yaradılan dırnağarası yerli hakimiyyət orqanları arasında imzalanan qeyri-qanuni "sazişlər"in ləğv olunması erməni lobbisini sözün əsl mənasında naratah edib. Bunu ermənilər özü etiraf edir. Millət vəkili Elman Nəsirov deyir ki, bütün bunlar Fransa-Azərbaycan arasında siyasi və iqtisadi əlaqələrini güclənməsinin nəticəsidir.

Fransa məhkəmələrində Qarabağdakı separatçı rejimlə bu ölkənin şəhərləri arasında imzalanmış dostluq xartiyalarının ləğv edilməsi Ermənistanda və erməni lobbisində ciddi narahatlıq yaradıb.

Ermənilər etiraf edirlər ki, bu, ilk növbədə Azərbaycanın beynəlxalq hüququn normalarına uyğun olaraq məsələni hüquqi müstəviyə çıxarması və bu istiqamətdə fəal iş aparmasının nəticəsidir.

Digər tərəfdən ermənilər onu da etiraf etməyə məcburdular ki, Fransada erməni lobbisi nə qədər güclü olsa belə ATƏT Minsk Qrupunun həmsədri kimi Fransa neytrallıq saxlamağa məcburdur. Həmçinin bu elə kobud beynəlxalq qanunvericilk pozuntusudur ki, heç bir, hətta müstəqil olmayan məhkəmə belə ona bəraət qazandıra bilməz.

Göründüyü kimi Azərbaycan həm hüquqi müstəvidə, həm də beynəlxalq siyasi və iqtisadi təsir imkanları vasitəsiləistənilən qeyri-qanuni, Anti-Azərbaycan xarakteli addımların qarşısını almaq gücündədir. Millət vəkili Elman Nəsirov deyir ki,Fransa son illər ərzində Azərbaycanla siyasi və iqtisadi əlaqələrini gücləndirib və bu amilprezident Makron başda olmaqlaFransa hakimiyyətinin mövqeyinə öz təsirini göstərməyə bilməz.

Hətta Erməni əsilli Fransa politoloqu Gaids Minassian da bu həqiqətləri etiraf etməklə yanaşı,bütün baş verənlərə görə həm də Ermənistan və erməni lobbisinin məsuliyyət daşıdığını deyib. Onların fəaliyyətində dəyişiklik olmayacağı təqdirdə bu proses davamlı xarakter daşıyacaq.

Bir məqama xüsusi diqqət yetirək. Gaids Minassian radikal anti Azərbaycan və anti türk mövqeyə malik daşnakdır.O,Le Monde qəzetinin elektron versiyasında rəhbər işçilərdən biridir, Dağlıq Qarabağ münaqişəsi, Cənubi Qafqaz üzrə ekspert qismində çıxış edir. Fransada yaşasa da, tez-tez Ermənistana gedib gəlir, aprel döyüşlərındən sonra Fransa mətbuatında Azərbaycana qarşı çirkin kampaniya təşkil edənlərdən biri olub. Bu,bir tərəfdən konkret anti Azərbaycan mövqeyi olan Gaids Minassianın nüfuzlu Le Monde qəzetində aparıcı mövqelərdən birinə sahib olduğunu və bu halın nəşrin obyektivliyinə kölgə saldığını göstərir. Digər tərəfdən həssas məqalmlarda Le Mondenin Azərbaycana qarşı qərəzli mövqeyinin arxasında hansı məqamın durduğunu nümayiş etdirir.

Nə düşünürsən?