Azərbaycanlı tanınmışın oğlu vəhşicəsinə öldürüldü

  • 16.06.2019
  • 0

Gəncə şəhərində qətl hadisəsi törədilib.

BiG.AZ virtualaz.org-a istinadən bildirir ki, yerli sakin Elnur Alıyev şəhər ərazisində yerləşən Çay evlərindən birində mübahisə zəminində bıçaqlanıb.

İlkin məlumata görə, E.Alıyev 1 manat üstündə tanışı ilə aralarında yaranmış mübahisə zamanı bıçaqlanıb. Yaralı aldığı xəsarətlərdən hadisə yerində keçinib.

REKLAM

www.agsaray.com

Daha ətraflı

Bildirilir ki, E. Alıyev Gəncədə tanınmış kikboksinq üzrə məşqçi İlqar Alıyevin oğludur.

Davanın digər iştirakçısının da ağır yaralandığı və xəstəxanaya aparıldığı barədə məlumat yayılıb.

Faktla bağlı Gəncə Şəhər Prokurorluğunda araşdırma aparılır.