Həkimin açıq-saçıq görüntüləri yayıldı

  • 16.06.2019
  • 0

Sosial şəbəkələrdə açıq-saçıq şəkillərini yayan həkimin lisenziyası əlindən alınıb.

Bax.tv Sputniknews-a istinadla xəbər verir ki, myanmarlı həkim, 28 yaşlı Nang Mwe San-ın lisenziyası əlindən alınıb.

Həm modelliklə məşğul olan, həm də həkimlik edən Nang açıq-saçıq şəkillərinə görə sənətindən olub.

Myanmar Medikal şurası Nangın açıq-saçıq şəkillərinə görə onu vəzifəsindən kənarlaşdırıb, tibbi lisenziyasını ləğv ediblər.

Onun lisenziyasının ləğv olunma barədə sənədi sosial şəbəkədə yayılıb, etiraz doğurub. Sənəddə qeyd olunub ki, bu tip açıq-saçıq şəkillər Burma mentalitetinə ziddir.

 Qeyd edək ki, Nangın sosial şəbəkədə 500 mindən çox izləyicisi var.