Ticarət mərkəzlərində vergidən yayınmaya son qoyulur

  • 16.06.2019
  • 0

Azərbaycanda vergidən yayınma ilə bağlı ən çox problemi olan obyektlərdə - "Binə" və "Sədərək" ticarət mərkəzlərində vergidən yayınmanın qarşısı demək olar ki, alınıb.

Bu barədə Vergilər Nazirliyinin İqtisadi Təhlil Departamentinin baş direktoru Natiq Şirinov "Xəzər Xəbər"ə açıqlamasında məlumat verib.

Vergi və gömrük orqanlarının birgə həyata keçirdikləri islahatlar nəticəsində idxal əməliyyatlarının sahibkarların öz adlarına rəsmiləşdirilməsinə nail olunub. Nəticədə "Sədərək" və "Binə" ticarət mərkəzlərində çalışan sahibkarların vergidən yayınma təşəbbüslərinin qarşısı alınıb.

Natiq Şirinov bildirib ki, öncədən bu sahədə mövcud olan çatışmazlıqlar problemlərə səbəb olurdu. Onun sözlərinə görə, həm ölkədə baş verən müsbət iqtisadi dinamika, həm də vergi orqanlarının apardığı təbliğat işləri və elektron-qaimə ilə rəsmiləşmələr malların sənədləşməsi məsələlərinə ciddi təsir göstərib. Bu işdə idxal əməliyyatlarının rəsmiləşdirilməsi əsas rol oynayıb.

Qeyd edək ki, ölkəyə idxal olunan malların onları idxal edən sahibkarların öz adlarına rəsmiləşməsi üçün Dövlət Gömrük Komitəsi ilə birgə ciddi işlər aparılıb və artıq karqo şirkətlərinin öz adlarına mal idxal etməsi dayandırılıb.

Nə düşünürsən?