Kenquru Beynəlxalq Riyaziyyat Müsabiqəsi

  • 16.06.2019
  • 0

Kenquru Beynəlxalq Riyaziyyat Müsabiqəsi


Kenquru Beynəlxalq Riyaziyyat Müsabiqəsi (ing. International Mathematical Kangaroo) — məktəblilər arasında riyaziyyat fənni üzrə keçirilən beynəlxalq müsabiqə


Kenquru Beynəlxalq Riyaziyyat Müsabiqəsi 1994-cü ildən, ildə bir dəfə olmaqla keçirilir.


Müsabiqənin keçirilməsində əsas məqsəd istedadlı şagirdlərin aşkar edilməsi, onların elmi potensiallarının inkişaf etdirilməsi və şagirdlərdə fənlərə olan marağın artırılmasına nail olmaqdan ibarətdir.


Dərsliklərdə verilmiş riyazi formulaların əzbərlənərək istifadə edilməsindən daha artığını, hər yaşa uyğun biliklərin məntiqi düşüncə sayəsində sınanması da qarşıya qoyulan əsas məqsədlərdəndir. Yəni burada şagird hansısa əzbərlədiyi formulanı yada salmağa çalışmaqdan daha çox məsələyə fərqli yönlərdən baxmağa, beynini məşq etdirməyə, məntiqini işə salmağa məcburdur ki, sualları cavablasın.


Müsabiqə "Öyrənək, əylənək və həll edək!" şüarı ilə keçirilir.


Bu müsabiqə müxtəlif səviyyələrdə riyazi biliyə malik olan II-X sinif şagirdlərini əhatə edir və şagirdlərin iştirakı qeydiyyat haqqını ödəməklə könüllülük prinsipi daşıyır.


Müsabiqənin qurucu və idarəçilərindən bir neçəsi eyni zamanda Beynəlxalq Riyaziyyat Olimpiadasının təşkilatçı və idarəçiləri arasında da təmsil olunurlar.


Müsabiqənin idarə heyətinin müxtəlif ölkələrdən olan üzvləri ildə bir dəfə bir araya gələrək növbəti il üçün fərqli ölkələrdən təqdim edilən suallar arasından seçim edir və yekun sualları müəyyənləşdirirlər.


Qaydalara əsasən tapşırıqlar 2, 3-4, 5-6, 7-8, 9-10-cu sinif şagirdləri üçün 5 fərqli kateqoriya üzrə qapalı test formatında və 3 səviyyədə - asan, orta, çətin olmaqla tərtib edilir. Müsabiqə dünyanın bütün ölkələrində mart ayının üçüncü həftəsi təşkil edilir.


Müsabiqədə verilən suallar məntiq əsaslıdır.


Musiqi: Stranger Danger 1:53 Francis Preve Dans ve Elektronik | Dramatik

Nə düşünürsən?