Məhsul bol, qiymət də sərfəli - Fermerlər gedişatdan razıdır

  • 15.06.2019
  • 0

Soğan ixracına tətbiq edilən gömrük rüsumunun ləğvi bu sahədə çalışan fermerlərin üzünü güldürüb.

Xezerxeber.az-ın məlumatına görə, Bərdədə fəaliyyət göstərən fermerlər bu qərardan sonra ixrac imkanlarının genişləndiyini və yaxşı gəlir əldə etdiklərini deyirlər.

Fermerlər deyir ki, bol məhsuldarlıq əlavə günəmzud işçilərə də təlabatı artırıb. Bu isə günəmuzd işləyənlərin əmək haqlarının yüksəlməsi ilə nəticələnib. Ötən illərlə müqayisədə fermerlərin gəliri xeyli artıq olub.

Qeyd edək ki, mövsümün əvvəlində daxili bazarın qorunması və təlabatın qarşılanması məqsədi ilə soğan ixracına gömrük rüsumu tətbiq edilib. Aparılan təhlillərdən sonra, fermerlərin müraciəti və məhsul bolluğu nəzərə alınaraq rüsum ləğv edilib.

Nə düşünürsən?