Ott tanak liderliyi ələ keçirib

  • 15.06.2019
  • 0

Estoniyalı pilot Ott Tanak Sardiniya Rallisinnin ikinci günündə fərqlənib.

Toyota Yaris komandasının üzvü ən yaxın izləyicisi olan Dani Sordonu 6,4 saniyə qabaqlayır.

Səhər yürüşü zamanı sərt və orta təkərlərə üstünlük verən Tanak seçimində yanılmayıb.

Estoniyalı sürücüdən fərqli olaraq yarışa 4 sərt təkərlə başlamış Sordo rəqibin təzyiqi qarşısında davam gətirə bilməyib.

Finlandiyalı Temu Suninen ən güclü üçlüyü tamamlayıb. M sport Ford komandasının şərəfini qoruyan pilot liderdən 27 saniyə geri qalıb.

Onun komanda yoldaşı Elfin evans 4-cü pillədə qərarlaşıb.

Digər iştirakçılar ilk pillədən azı 1 dəqiqəlik məsafədə sıralanıb.

Nə düşünürsən?