Nostradamus 2019-cu il haqqında nə deyib? 29 noyabrda nə baş verəcək?

  • 15.06.2019
  • 0

▂▃▄▅▆▇█ABUNƏ OLUN! █▇▆▅▄▃▂

▬▬▬▬▬▬▬▬▬ஜ۩۞۩ஜ▬▬▬▬▬▬▬▬▬


Nostradamus 2019-cu il haqqında nə deyib?  29 noyabrda nə baş verəcək?


Nostradamusa görə 2019-cu ildə insanlar heyvanların dilini öyrənəcək; alimlər insanların 200 il yaşamasını təmin edən yeni dərman kəşf edəcəklər. Dünyanın nəhəng ölkələrinin liderləri, nəhayət ki, razılığa gələcək və ekologiyanın xeyrinə olan iqlim razılaşmasını imzalayacaqlar.

Nostradamusun yazdıqlarından belə məlum olur ki, o, 2019-cu ildə mövcud dünyanın sonunun başlayacağına işarə edib. Belə ki, 2019-cu il Üçüncü dünya müharibəsi ilə bağlı kritik bir önəmə sahib olacaq. Nostradamus bildirib ki, Üçüncü dünya müharibəsi 2019-cu ildə Fransada başlayacaq. Bundan sonra bütün dünyaya yayılacaq olan bu müharibədə 2025-ci ildə kiçik bir sülh şəraiti təmin ediləcək. Lakin ümumilikdə Üçüncü dünya müharibəsi 27 il davam edərək, yalnız 2046-cı ildə başa çatacaq.

Nostradamusa görə müharibə ilə yanaşı 2019-cu ildə buzlar əriməyə başlayacaq və bütün dünyanı su basacaq. Quraqlıq və aclıq hakim olacaq. Əriyən sular başqa nöqtədə birləşəcək və bu da Dünyanın orbitini dəyişəcək ki, nəticədə çox sayda insan öləcək. Zəlzələlər bir-birinin ardınca gələcək. Qlobal istilər səbəbindən silahlı toqquşmalar baş verəcək, ozon təbəqəsi daha çox deşiləcək, yanğınlar və sellər şiddətlə artacaq. Okeanların diblərində baş verən vulkan püskürmələri də böyük sunamilərə səbəb olacaq.

Orta Şərqdə terror və ifratçılıq ən pik nöqtəsinə çatacaq. ABŞ-da çox şiddətli zəlzələ meydana gələcək. Bəzi tədqiqatçılara görə, zəlzələnin episentri Kaliforniya və Kanadanın Vankuver bölgəsi arasında olacaq. Bizim eranın 79-cu ilində partlayaraq Pompey şəhərini xəritədən silmiş Vezuvi vulkanı yenə də partlayacaq. Nəticədə 5 dəqiqədən bir zəlzələ meydana gələcək ki, bu da 6 min insanın dünyasını dəyişəcəyinə səbəb olacaq.

Dünyada baş verəcək bütün bu xaos və qeyri-sabitlik 2046-cı ilə qədər hökm sürəcək.

Nostradamusun kitabında “zənginlər ölüb ölüb diriləcək” cümləsi müasir tədqiqatçılar tərəfindən 3-cü dünya müharibəsinin başlanmasından sonra baş verəcək iqtisadi böhran kimi şərh edilir. Böhran 2019-cu ildə başlayacaq. Bunun ən böyük səbəbi isə ABŞ prezidenti Donald Tramp olacaq və həmin böhranın ABŞ-ın Rusiya və Çin ilə münasibətlərinin pisləşməsi səbəbindən baş verəcəyi qeyd edilir.

Qeyd edim ki, Nostradamusun ən böyük öncəgörmələrindən biri də Trampın ABŞ prezidenti olacağını 400 il əvvəlcədən deməsidir. Onun yazdığına görə 2019-cu ildə rəhbərlik edən şəxsin pis xarakteri ucbatından ölkəsi qeyri-müəyyənliyə sürüklənəcək, ölkədəki sistem pozulacaq. Bundan başqa ABŞ-a rəhbərlik edən şəxsin, yəni Trampın qiyamətə səbəb olacaq insan olduğu da Nostradamusun kitabında qeyd olunub.

Nostradamusa görə 2019-cu ildə planetlərin yürüşü də baş verməlidir. Günəş Şir və Dolça bürclərinin kəsişməsində çıxacaq. Bu isə bir sıra qəzalara, ən əsası Yer üzündə yaşayan bir sıra canlıların məhvinə səbəb olacaq. Bu proqnoz bir sıra iradlara səbəb olub. Çünki bəhs edilən hadisə hər 20 ildən bir baş verir. Lakin Nostradamus qeyd edir ki, Günəş sistemi qalaktika oxundan keçəcək. Bu prosesə isə 26000 ildən bir rast gəlinir.

2019-cu ilin ən gözəl və eyni zamanda da ən təhlükəli kosmik hadisəsi isə 29 noyabr tarixində olacaq. Nəticədə Yer kürəsinin temperaturu dərhal yüksələcək. Bütün planetdə dəhşətli vulkanlar püskürəcək, fırtınalar qopacaq.

Amma bütün bunlar sadəcə proqnozdur. Hətta bir çox elm adamları bu proqnozların həqiqətə uyğun olmadığını bildirirlər. Bəs 2019 necə bir olacaq? Necə deyərlər, yaşayarıq, görərik.


Musiq 1: Arcadia – Wonders  1:37 Kevin MacLeod Sinematik | Sakit

Bu mahnını istifadə edərək videonuzdan pul qazana bilərsiniz, lakin videonun təsvirinə bunları qeyd etməlisiniz:

Kevin MacLeod tərəfindən Arcadia - Wonders Creative Commons Attribution lisenziyasına uyğun lisenziya alıb (https://creativecommons.org/licenses/by/4.0/)

Qaynaq: http://incompetech.com/music/royalty-free/index.html?isrc=USUAN1100326

İfaçı: http://incompetech.com/

Musiq 2: Prelude No. 15 1:08 Chris Zabriskie Klassik | Dramatik

Bu mahnını istifadə edərək videonuzdan pul qazana bilərsiniz, lakin videonun təsvirinə bunları qeyd etməlisiniz:

Chris Zabriskie tərəfindən Prelude No. 15 Creative Commons Attribution lisenziyasına uyğun lisenziya alıb (https://creativecommons.org/licenses/by/4.0/)

Qaynaq: http://chriszabriskie.com/preludes/

İfaçı: http://chriszabriskie.com/

Musiq 3: South Of The Border 0:59 Audionautix Klassik | Xoşbəxt

Bu mahnını istifadə edərək videonuzdan pul qazana bilərsiniz, lakin videonun təsvirinə bunları qeyd etməlisiniz:

Audionautix tərəfindən South Of The Border Creative Commons Attribution lisenziyasına uyğun lisenziya alıb (https://creativecommons.org/licenses/by/4.0/)

İfaçı: http://audionautix.com/

Nə düşünürsən?