Azərbaycan adlı dövlət nə vaxt yaranıb? Həsən Həsənovun versiyası

  • 15.06.2019
  • 0

▂▃▄▅▆▇█ABUNƏ OLUN! █▇▆▅▄▃▂

▬▬▬▬▬▬▬▬▬ஜ۩۞۩ஜ▬▬▬▬▬▬▬▬▬


Azərbaycan adlı dövlət nə vaxt yaranıb? Həsən Həsənovun versiyası


Azərbaycanın sabiq xarici işlər naziri, hazırda Azərbaycanın Polşadakı fövqəladə və səlahiyyətli səfiri, tarix elmləri doktoru Həsən Həsənov Azərbaycan dövlətinin yaranma tarixi ilə bağlı yeni elmi faktlar açıqlayıb. O, bildirib ki, Azərbaycan adlı dövlətin yarandığı il e.ə. 612-ci ildir...


Bu barədə o, 2019-cu ilin yanvar ayında Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun genişləndirilmiş Elmi Şurasında geniş məruzə ilə çıxış edib.


Həsən Həsənov iclasda tarixçi alimlərə “Azərbaycan” adlı dövlətin Aşşur imperiyasının süqutundan dərhal sonra yarandığını təsdiqləməyə imkan verən konsepsiya barədə ətraflı məlumat verib. O, bildirib ki, Atropatena ölkəsinin adı müasir “Azərbaycan” anlayışının fonetik versiyasıdır. Sitat: “Mən Roma tarixçisi Ammian Marsellin (IV əsr) və “Karki de Bet Selox” adlı Suriya xronikasına (V əsr) istinad edərək bildirirəm ki, “Azərbaycan” adlı dövlət e.ə. VII əsrdə yaranıb. İndiyə kimi elmimizdə Atropatena dövlətinin Makedoniyalı İsgəndərin ölümündən sonra e.ə. 321-ci ildə yarandığı bildirilir. Əslində isə Atropatena e.ə. IV əsrdə yaradılmayıb, e.ə. 321-ci ildə sadəcə olaraq onun müstəqilliyi bərpa olunub. Adları çəkilən qədim Suriya və Roma mənbələri əsas verir ki, e.ə. 612-ci ildə Aşşur imperiyasının süqutu nəticəsində “Atropatena/Adorbayqan” adlı dövlətin yarandığını təsdiq edək”, - deyə Həsən Həsənov qeyd edib. Beləliklə, e.ə. 612-ci il “Azərbaycan” adlı dövlətin yarandığı ildir.


Həsən Həsənov çıxışında onu da xüsusi olaraq qeyd edib: “Dövlətimizin və xalqımızın adlarının əsasını təşkil edən Atarpatena/Atropatena/Adorbayqan sözü nə fars, nə də yunan mənşəlidir, V əsr Suriya mənbəsinə görə, onun kökündə 2700 il bundan əvvəl dövlətimizi yaradan sərkərdənin valilik titulu olan “Arpat” və yaxud “Orbay” durur. Atropatenanın ərazisi şimal-qərbdə Qara dənizə, şimalda isə Baş Qafqaz dağlarınadək olan əraziləri əhatə edirdi”.


Musiqi:

Drums of the Deep 2:54 Kevin MacLeod Klasik | Dramatik

Bu şarkıyı herhangi bir videonuzda kullanmakta serbestsiniz ancak şunları video açıklamanıza eklemeniz gerekir: Kevin MacLeod sanatçısının Drums of the Deep adlı şarkısı, Creative Commons Attribution lisansı (https://creativecommons.org/licenses/by/4.0/) altında lisanslıdır. Kaynak: http://incompetech.com/music/royalty-free/index.html?isrc=USUAN1400021 Sanatçı: http://incompetech.com/

Nə düşünürsən?