Şamaxıda dəhşətli zəlzələlər

  • 15.06.2019
  • 0

▂▃▄▅▆▇█ABUNƏ OLUN! █▇▆▅▄▃▂

▬▬▬▬▬▬▬▬▬ஜ۩۞۩ஜ▬▬▬▬▬▬▬▬▬

2019-ci ilin 5 fevral tarixində, yerli vaxtla saat 23:19-da Azərbaycanın Pirqulu stansiyasından 7 km cənubda Ağsu ərazisində 4,4 bal gücündə zəlzələ 10 km dərinlikdə qeydə alınıb. Zəlzələ episentrdə 5 bala yaxın, ətraf rayonlarda 4,3 bala qədər hiss olunub. Ardından 5,3 bal gücündə zəlzələ yerli vaxtla saat 23:31-də Pirqulu stansiyasından 10 km cənub-qərbdə İsmayıllı ərazisində qeydə alınıb. Yeraltı təkanların ocağı 8 km dərinlikdə yerləşib. Zəlzələ episentrdə 6 bal, ətraf rayonlarda 5,3 bala qədər hiss olunub. Bu zəlzələ Şamaxıda dağıntılara səbəb olub. Belə ki, zəlzələ nəticəsində bir neçə evdə uçqunlar olub, 6 nəfər yaralanıb. Təcili yardım stansiyasına 20-yə yaxın müraciət olub.  Daha çox dağıntı rayonun Qəleybuğurd, Qızmeydan və Nağaraxana kəndlərində qeydə alınıb.

Qeyd edim ki, Şamaxı şəhərində tarix boyu müxtəlif dağıdıcı zəlzələlər baş vermişdir. Bu hadisələr zamanı minlərlə, bəzən on minlərlə insan həyatını itirmişdir. Bununla yanaşı sözügedən zəlzələlər minlərlə evin, çox sayda tarixi abidənin də dağılmasına səbəb olmuşdur. Bu videoda sizə indiyə qədər Şamaxıda baş vermiş ən dəhşətli zəlzələləri təqdim edirəm:

- 1667-cil ildə Şamaxıda baş vermiş 6.9 bal gücündə zəlzələ nəticəsində 80 min insan həlak olub. Həmin zəlzələ Azərbaycan tarixinə ən dəhşətli zəlzələ kimi düşüb.

- Bundan iki il sonra - 1669-cu ildə qeydə alınan zəlzələ isə 5.7 bal gücündə olub və 7 min insanın həyatına son qoyub.

- Şamaxıda növbəti güclü zəlzələ 1828-ci ildə qeydə alınıb. 5.7 bal gücündə olan zəlzələ zamanı neçə nəfərin həlak olması haqda məlumat yoxdur.

- Şəhərdə növbəti güclü zəlzələ 1859-cu ildə, 5.9 bal gücündə olub. Hadisə nəticəsində 100 nəfər həlak olub, Şamaxı şəhəri tamamilə dağılıb. Buna görə də Şamaxı quberniyasının mərkəzi Bakıya köçürülüb.

- 1872-ci ildə baş vermiş 5.7 bal gücündə zəlzələdən sonra şəhərdə ciddi dağıntılar yaşanıb.

- 1902-ci ildə Şamaxı 6.9 ballıq zəlzələ ilə silkələnib. Olay zamanı 2 min insan həlak olub, minlərlə insan yaralanıb, 20 minə yaxın insan evsiz-eşiksiz qalıb, 4 min yaşayış evi, 8 qədim məscid, 10-dan artıq mədrəsə, 40 qədim şərq hamamı yerlə-yeksan olmuşdur.



Musiqi: Land of the Dead  4:21 Kevin MacLeod Ambiyans | Üzgün  

Bu şarkıyı herhangi bir videonuzda kullanmakta serbestsiniz ancak şunları video açıklamanıza eklemeniz gerekir:

Kevin MacLeod sanatçısının Land of the Dead adlı şarkısı, Creative Commons Attribution lisansı (https://creativecommons.org/licenses/by/4.0/) altında lisanslıdır.

Kaynak: http://incompetech.com/music/royalty-free/?keywords=land+of+the+dead

Sanatçı: http://incompetech.com/

Nə düşünürsən?