Ramil Şeydayev İçəri Şəhərdə uşaqlarla futbol oynayıb

  • 15.06.2019
  • 0

Azərbaycan millisinin və Rusiyanın “Krılya Sovetov” klubunun futbolçusu Ramil Şeydayev İçərişəhərdən video paylaşıb.

Futbolçu sosial şəbəkə hesabında yerləşdirdiyi videoda uşaqlarla futbol oynayıb. 

R.Şeydayev videonu “Bye-bye Baku” (Hələlik, Bakı - red.) başlığı ilə paylaşıb. 

Qeyd edək ki, R.Şeydayev Avro-2020-nin seçmə mərhələsi çərçivəsində Azərbaycan millisinin heyətində Macarıstana (1:3), Slovakiyaya (1:5) qarşı oyunlarda iştirak edib.