Bakıda ağır qəza, 5 yaralı var

  • 15.06.2019
  • 0

İyunun 14-ü axşam saatlarında paytaxtın Heydər Əliyev prospektində ağır yol-nəqliyyat hadisəsi baş verib.

İlkin məlumata görə, əks yolda hərəkətdə olan maşın Heydər Əliyev Hava Limanı istiqamətində şütüyən avtomobilin qarşısına çıxaraq qəza törədib. Nəticədə Təcili Tibbi yardım maşını da olmaqla, beş minik avtomobili biri-birinə çırpılıb. Beş nəfər xəsarət alıb.

Faktla bağlı hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən araşdırma başlanılıb.

Nə düşünürsən?