9 yaşlı məktəbli qızlardan nümunəvi fəaliyyət - kirpi klinikası açdılar / Hedgehog friendly town

  • 15.06.2019
  • 0

▂▃▄▅▆▇█ABUNƏ OLUN! █▇▆▅▄▃▂

▬▬▬▬▬▬▬▬▬ஜ۩۞۩ஜ▬▬▬▬▬▬▬▬▬

9 yaşlı məktəbli qızlardan nümunəvi fəaliyyət - kirpi klinikası açdılar / Hedgehog friendly town / Kyra Barboutis and Sophie Smith


İngiltərədə yaşayan iki məktəbli qız - Kyra Barboutis və Sophie Smith uşaq olmalarına baxmayaraq, çox maraqlı və vacib bir iş görüblər.

Yaşadıqları ölkədə kirpilərin sayının azaldığını öyrənən 9 yaşı bu qızlar kirpilərlə bağlı təcili fəaliyyətə başlayıblar.

Onlar evlərinin arxa həyətlərində kirpilər üçün qoruma sahələri yaradıb və hətta bu sahəni kiçik klinikaya çevirib, bir çox tibbi prosedurları öyrəniblər.

Hazırda onların 13 yaşı var. Yaratdıqları kirpi klinikasında bu 4 il ərzində 400-dən çox kirpinin müalicəsi və baxımı ilə məşğul olurlar. Onlar dərsdə ikən, bu işləri anaları görürlər.

Öz yaratdıqları internet saytlarında “Xilas edirik, müalicə edirik. Daha sonra onları yenidən təbiətə buraxırıq” yazıblar.

Bütün dünyaya nümunə olacaq bir iş görən bu iki qız eyni zamanda başqalarını da bu işə cəlb etmək məqsədilə insanlarla danışıqlar aparır, məhəllələrdə təşkil olunan tədbirlərə gedərək insanlara kirpilərlə bağlı təlimlər keçirlər.

“Facebook”da açdıqları “Hedgehog friendly town” adlı səhifə vasitəsilə onların fəaliyyətini daha yaxından izləyə bilərsiniz.

Foto: https://www.facebook.com/hedgehogfriendlytown/

Musiqi: 7th Floor Tango 2:21 Silent Partner Sinematik | Romantik

Nə düşünürsən?