Ümummilli liderin xatirəsi anıldı

  • 14.06.2019
  • 0

Milli qurtuluş gününə həsr edilən tədbir keçirilib

Nərimanov rayonunda Milli Qurtuluş Gününə həsr olunan tədbir keşiriİB. Tədbir iştirakçıları Azərbaycan Dövlət Rəssamlıq AkademiyaSInın foyesində Ulu öndərin büstü önünə gül dəstələri qoyaraq Ümummilli liderin xatirəsini yad ediblər.


Daha sonra Akademiyada qurtuluş Gününə həsr olunan rəsm əsərlərinə baxıblar. Burda Ulu öndərin yağlı boya ilə çəkilmiş portreti böyük marağa səbəb olub.


Tədbirdə çıxış edən Nərimanov Rayon İcra hakimiyyətinin başçısı Abdin Fərzəliyev 1993-cü ilin may–iyun aylarında Azərbaycanda yaranmış kəskin ictimai – siyasi vəziyyət və kriminal şəraitin ölkəni iflic vəziyyətə salmasından danışıb.


Bildirib ki, həmin dövrdə Heydər Əliyev kimi qətiyyətli, dünya miqyasında tanınan və xalqı öz arxasınca aparmağa qadir olan lider hakimiyyətə gəlməsəydi, hadisələr olduqca təhlükəli və gərgin bir məcrada davam edə bilərdi. 

Nə düşünürsən?