Hərbi ekspert: "Yaxın günlərdə Qarabağda çox ağır və faciəvi..."

  • 14.06.2019
  • 0

Moderator az-a 

Tanınmış hərbi ekspert, ehtiyatda olan polkovnik-leytenant Üzeyir Cəfərov duyğusal açıqlama göndərib.

Əziz dostlar! Hörmətli həmkarlar!

Sizi inandırım ki, bu gün cəbhənin Füzuli istiqamətində baş vermiş hadisədən sonra da əgər biz yenə də səbr və dözüm nümayiş etdirəcəyiksə, sadəcə quru bir bəyanət səsləndirməklə işimizi bitmiş hesab edəcəyiksə, vallah yaxın günlərdə Azərbaycan Silahlı Qüvvələrinə, həmçinin düşmənlə üz-üzə dayanan Azərbaycan Ordusunun həm şəxsi heyəti, həm də döyüş texnikası və avadanlığı ilə bağlı faciəli xəbərlər alacağıq. İnanmayanlar qoy inanmasınlar, yatanlar da qoy "şirin röyalarını və xam xəyallarını" davam etdirsinlər.

Nə düşünürsən?