Allahın verdiyi Allahverdisiz ötən 27 il

  • 14.06.2019
  • 0

7 qız övladından sonra dünyaya gəlmişdi...7 bacının tək qardaşını ailəsi Allahın payı sanıb adını Allahverdi qoymuşdu. Kiçik yaşlarından idmana, xüsusilə də futbola olan böyük həvəsi sonradan onun sədasını Qarabağdan bizə gətirmişdi. Əvvəl Qarabağ futbol klubunun şərəfini qorumuş Allahverdi illər sonra Qarabağı düşməndən təmizləmək üçün Qarabağda idi. Bu dəfə Qarabağın şərəfini qorumaq üçün. Söhbət Milli Qəhrəman Allahverdi Bağırovdan gedir. 1992-ci ilin yanvarında Allahverdi Bağırovun komandirlik etdiyi tabor 2 saat ərzində Naxçıvanın kəndində işğalçıların bütün silahlı qüvvəsi və texnikasını məhv etmiş, Əskəran qalasına qədər irəliləmiş yüksəklikləri tutmuşdu. Onun Xocalı Soyqırımı zamanı həlak olanların meyitlərinin döyüş meydanından çıxarılmasında xidməti də olmuşdu.

Nə düşünürsən?