Biləsuvarda mikroavtobus yanıb

  • 14.06.2019
  • 0

Biləsuvarda mikroavtobus yanıb.

BAKU.WS-in bölgə müxbirinin verdiyi məlumata görə, Cəlilabad rayon Sakini Vüqar Orduyev sükanı arxaslında olduğu mikroavtobusla hərəkətdə olarkən avtomobilin mühərrik hissəsi qəfildən alovlanıb.

Alov tezliklə avtomobilin qarşı tərəfini bürüyüb. Nəticədə mikroavtobus yarasız hala düşüb.

Sürücünün sözlərinə görə avtomobil sonuncu dəfə Biləcəridə servisdə olub. Yanğının da məhz ustaların ehtiyatsızlıq ucbatından baş verdiyi ehtimal edilir.

Avtomobilin yanması ilə bağlı ekspertlərə müraciət edilib.

Faktla bağlı araşdırma aparılır.

Nə düşünürsən?