Keçmiş sevgilisindən belə QİSAS ALDI - Gizli kamera ANBAAN ÇƏKDİ

14.06.2019 | 123 | 0

İstanbulun Kağıthane rayonunda maraqlı olay yaşanıb.


Redaktor.az Türkiyə mediasına istinadən xəbər verir ki, Nuray adlı qadının avtomobili naməlum şəxslər tərəfindən yandırılıb. Hadisə yaxınlıqdakı təhlükəsizlik kameralarına düşüb.


Olaydan bir neçə gün sonra polisə müraciət edən qadın, avtomobilinin keçmiş sevgilisi tərəfindən yandırıla biləcəyini bildirib. Kamera görüntülərini incələyən polis Nurayın 40 yaşlı keçmiş sevgilisini həbs edib. Hadisəni törətməkdə şübhəli bilinən 26 yaşlı Əfqanıstan vətəndaşı da gözaltına alınıb.


Polisə ifadə verən keçmiş sevgili avtomobili qisas almaq məqsədi ilə yandırdığını bildirib.

Nə düşünürsən?
Loading...