Çipsin insan həyatına zərərləri

  • 13.06.2019
  • 0

Çipsilər ucuz, dadlı və asan əldə edilən bir qəlyanaltı növüdür.


Bu səbəbdən də, insanların çox böyük bir hissəsi bu məhsuldan istifadə edirlər və bunu etdikləri zaman orqanizmlərinə nə qədər ziyan vurduqlarından isə, xəbərsizdirlər. Milli.az bildirir ki, təkcə bir ovuc çipsi yemək insanda çox böyük problemlər yarada bilər. İndi isə gəlin həmin problemlərin bir neçəsi ilə tanış olaq:


- Piylənmə riskini artırır


Çipsilər kaloriylə olduqca zəngindirlər. Bu səbəbdən də, çəki artımına şərait yaradırlar. Tərkibində olan yağlar, qatqı maddələri və xüsusən də, kartoflar kalori ilə zəngin olduğundan istifadə edilməsi məsləhət görülmür.


- Yüksək qan təzyiqi əmələ gətirir


Çipsilərin tərkibinə daxil olan natrium maddəsi ürək-damar xəstəliklərinin yaranmasına imkan yaradır. Bu maddə insult, ürək çatışmazlığı və böyrək xəstəliyi kimi bir çox problemlərə gətirib çıxarır. Bunun nəticəsində insanda qan təzyiqi normadan çıxır və orqanizmə mənfi təsir göstərir.


- Xolesterol səviyyəsini olduqca yüksəldir


Çipsilərin hazırlandığı mühit ekoloji cəhətdən müsbət sayılmır. Bunun ən əsas səbəbi istifadə olunmuş yağların dəfələrlə işlədilməsidir. Bu isə, insan orqanizmi üçün zərərlidir. Xüsusən də, yüksək xolesterolun yaranmasına imkan verir.


Əgər sağlam həyat sürmək istəyirsinizsə, övladlarınızın sağlam olmasını istəyirsinizsə, çipsi və digər zərərli məhsullardan uzaq durun.


Saglamolun.Az

Nə düşünürsən?