Ali Sovetdə ali qərar

  • 13.06.2019
  • 0

1993-cü ilin bu günü istirahət gününə təsadüf etmişdi. Buna baxmayaraq parlamentin Fövqəladə sessiyası çağırılmışdı. Qəzetlərin yazdığına görə, saat 12 tamam olmasına baxmayaraq jurnalistləri içəri buraxmırdılar. Güclü polis nəzarəti içəridə əhəmiyyətli bir məsələnin müzakirəsindən xəbər verirdi. Yeni Müsavat qəzetinin yazdığına görə, jurnalistlərə rəhmi gələn vəzifə adamlarından biri onları zala buraxdıranda artıq iclac başlamışdı. Tamerlan Qarayev fövqəladə iclasın çağırılması səbəbini açıqlayırdı. Bu, Ali Sovet sədrinin istefa məsələsi idi. Bu, istefa təkcə Gəncədə qiyam qaldıarn Surət Hüseynovun tələbi deyildi, elə parlamentin özündə də belə tələblər hər an səslənirdi. Onlardan biri də ana müxalifət sayılan AMİP-in sədri Etbar Məmmədov idi. 


Etiraf olmasa da, baş vermis hadisənin təhlili vardı. Və onu İsa Qəmbər belə ifadə edirdi.


Bu iki cümlə əlbəttə ki, zalda uğultuya səbəb olacaqdı. Müxtəlif suallara da həmçinin. O suallardan vicdanla verilmişi də vardı, qərəzli olanı da. Cavablar da əlbəttə adekvat idi. Amma yaranmış bu durum müharibə şəraitində olan Azərbaycan üçün qətiyyən adekvat deyildi. Təəssüf ki, milli demokratik qüvvələr bu məsuliyyəti dərk etmək əzmində olmadılar. Surət Hüseynovun ya surəti, ya sürəti qarşısında özlərini tamamilə itirdilər. Sonunda əlbəttə ki, hakimiyyəti də itirəcəkdilər. Yundan başlayan yol iyuna gətirib çıxartdı.

Nə düşünürsən?