Nazirlərin Qəbələ görüşü keçirildi

  • 12.06.2019
  • 0

3 ölkənin Müdafiə naziri protokol imzaladı

Bu gün Azərbaycan Türkiyə və Gürcüstanın Müdafiə nazirləri Qəbələyə toplaşdı. Müdafiə nazirləri regionda cərəyan edən hərbi-siyasi vəziyyət, üçtərəfli formatda hərbi əməkdaşlığın inkişaf etdirilməsi, regional layihələrin təhlükəsizliyinin təmin olunması məsələlərini müzakirə etdilər. Görüşün yekunu olaraq hər 3 ölkənin naziri əməkdaşlığa dair protokol imzaladılar. Sonra nazirlərin brifinqi oldu.


Müdafiə naziri zakir həsənov Qəbələ görüşünün yüksək səviyyədə başa çatdığını dedi. Bildirdi ki, digər sahələrdə olduğu kimi müdafiə sahəsində də üç qonşu dost ölkənin əməkdaşlığı uğurla davam etdirilir: “Keçən il Türkiyədə memorandum imzalandı. Həmin memoranduma uyğun olaraq bizim üçtərəfli formatda görüşlərimizin hüquqi bazası yarandı. İl ərzində üçtərəfli əməkdaşlığın planında olan məsələlərin icrası müzakirə olunub”.


Zakir Həsənovun sözlərinə görə, görüşdə Türkiyənin terrorizmlə mübarizəsini hər üç tərəf dəstəklədiyini bəyan edib: “Hər üç tərəf Türkiyənin terrorizmlə mübarizəsini dəstəkləyir. Görüşdə həmçinin Gürcüstanın və Azərbaycanın ərazi bütövlüyü dəstəkləndi. Hərbi əməkdaşlıq sahəsində əməkdaşlıqla bağlı görülmüş işlər müzakirə olundu. Onu da qeyd etmək istəyirəm ki, hərbi əməkdaşlıqda birgə təlimlər xüsusi rol oynayır. İlbəil birgə təlimlərin sayı artır. Məsələn, 2018-ci ildə Türkiyə ilə birdə yeddi təlim keçirilib. 2019-cu ildə isə 13 birgə təlimin keçirilməsi planımızda var. İlin sonuna kimi bunların hamısı icra olunacaq”. “Görüşdə biz Gürcüstan tərəfini də bu təlimlərə qatılmağa dəvət etdik. NATO xətti ilə Azərbaycan-Türkiyə-Gürcüstan təlimləri də Gürcüstanda həyata keçirilib. Həmçinin Gürcüstanda dağ təlim mərkəzində çox uğurlu təlimlər icra olunub. Hər üç tərəf bu təlimlərin uğurla həyata keçirilməsinə razılıq verib və təlimlərin davam etdirilməsinə dair qərar qəbul olunub”, - deyə Zakir Həsənov bildirib.


Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar isə açıqlamasına bu sözlərıə başladı. “Əvvəlcə 600 il Qafqaz Albaniyasının paytaxtı olmuş turizm şəhəri Qəbələyə indiyə qədər gəlmədiyim üçün peşman olduğumu vurğulamaq istəyirəm. Hər mənada - təbiəti, insanları ilə mükəmməl şəhərdir. Hər kəsin gəlməsini tövsiyə edirəm”.H.Akar bildirdi ki, “Əməkdaşlığın mövcud vəziyyəti, perspektivləri barədə fikir mübadiləsi apardıq. Üç ölkənin yerləşdiyi coğrafiya neft və təbii qaz kimi önəmli enerji mənbələrinin işlənməsi, onların dünyanın digər bölgələrinə çatdırılması baxımından strateji əhəmiyyət daşıyır. Bu coğrafiya beynəlxalq aktorların da qarşı-qarşıya gəldiyi, üzərində xüsusi durduğu bölgədir. Bu səbəbdən üç ölkənin əməkdaşlığı, birlikdə fəaliyyət göstərməsi çox önəmlidir”. Türkiyəli nazir qeyd edib ki, Türkiyə, Azərbaycan və Gürcüstanın əməkdaşlığı yüksələn xətt üzrə inkişaf edir: “Müdafiə, hərbi və təhlükəsizlik sahəsində üç ölkənin də maraqlarına xidmət edən əməkdaşlıq mövcuddur. Yeni planlar hazırlanır. İnanıram ki, gələcəkdə yalnız müdafiə, hərbi və təhlükəsizlik sahəsi ilə məhdudlaşmayacaq, digər sahələri də əhatə edəcək. Əməkdaşlığın miqyası genişlənəcək. Bu əməkdaşlıq digər ölkələr üçün örnək olacaq. Yaxın zamanlarda ölkələrimiz arasında müdafiə sahəsində imzalanan əməkdaşlıq protokolunun müsbət nəticələrinin şahidi olacağıq”.


Gürcüstanın Müdafiə naziri Levan İzoriya isə dedi ki, ölkələrimizin ərazi bütövlüyü və suverenliyini beynəlxalq hüquq çərçivəsində tanıdıqlarını bir daha təsdiq etdiklərini bilıdirib: "Gürcüstanın qəti mövqeyini bir daha təsdiq edirəm ki, ölkəm Azərbaycanın beynəlxalq hüquq tərəfindən qəbul olunmuş ərazi bütövlüyünü tanıyır və dəstəkləyir. Bizim strateji tərəfdaşlığımızın əsas amillərindən biri odur ki, müştərək təlimlər həyata keçiririk. Bu da bizim əməkdaşlığımızın inkişafında öz töhfələrini verir. Biz bu gün qərar verdik ki, Gürcüstan tərəfi gələcəkdə də Azərbaycan və Türkiyənin keçirdiyi birgə təlimlərə qoşulacaq. Azərbaycan və Türkiyənin Müdafiə nazirlərinə təşəkkür edirəm ki, NATO-nun himayəsi altında Gürcüstanda keçirilən çoxmillətli beynəlxalq təlimlərə qoşulmaqla, öz dəstəklərini əsirgəmirlər. Bugünkü görüşümüz strateji tərəfdaşlığımızı təsdiq etməklə yanaşı, xalqlarımızın təhlükəsizliyini təmin etmək baxımından da vacibdir. Bu səviyyədə məhsuldar əməkdaşlıq etdikləri üçün Azərbaycan və Türkiyənin müdafiə nazirlərinə bir daha təşəkkür edirəm".Bizim strateji tərəfdaşlığımızın əsas amillərindən biri odur ki, müştərək təlimlər həyata keçiririk. Bu da bizim əməkdaşlığımızın inkişafında öz töhfələrini verir. Biz bu gün qərar verdik ki, Gürcüstan tərəfi gələcəkdə Azərbaycan və Türkiyənin keçirdiyi birgə təlimlərə qoşulacaq. Azərbaycan və Türkiyənin müdafiə nazirlərinə təşəkkür edirəm ki, NATO-nun himayəsi altında Gürcüstanda keçirilən çoxmillətli beynəlxalq təlimlərə qoşulmaqla, öz dəstəklərini əsirgəmirlər. Bugünkü görüşümüz strateji tərəfdaşlığımızı təsdiq etməklə yanaşı, xalqlarımızın təhlükəsizliyini təmin etmək baxımından da vacibdir.


Nə düşünürsən?