Azərbaycanda biabırçı olay: 15 yaşlı qız...

12.06.2019 | 1 867 | 0

Azərbaycanda 15 yaşlı qızı dayısının evindən qaçırıblar. 

Bunu Xəzər televiziyasında yayımlanan və Xoşqədəm Hidayətqızının aparıcılıq etdiyi "Səni axtarıram" verilişinə çıxan ana deyib: 

"Qızımı Ələsgərin oğlu Arzu qaçırıb. O, bir dəfə ailəli olub boşanıb. Qızımdan 12 yaş böyükdür. O, qızımı dayımın yoldaşı Firəngizin əli ilə qaçırıb. Qızımı qardaşımın evindən qaçırıblar. Onlar mənim evimə elçi gəldilər, vermədim. Mən yol süpürüb qızımı, uşağımı dolandırıram. Dünən qızım qardaşım gildə olub. Firəngiz bundan xəbər tutan kimi onlarla əlbir olub qızımı qaçırtdırıb. Qızımı aldadıb çölə çıxarıblar. Bircə qızımı deyil, qardaşımın 9 yaşlı oğlunu da qaçırıblar. Onu yarı yolda atıblar. Qızımın heç telefonu da yox idi. Həyat yoldaşımla ayrılmışam. Qızımın sadəcə məktəbdə adı gedirdi. İmkanım olmadığıma görə qızımı məktəbə qoymadım. Polisə də müraciət etmişəm. Oğlanın birinci həyat yoldaşı xalası qızı olub".

Aparıcı bildirib ki, sənin necə imkanın olmayıb ki, qaşına döymə elətdirib, özünə baxırsan:"Sonra deyəcəklər ki, Xoşqədəm qadının üstünə gedir". 

Nə düşünürsən?
Loading...

Sahne

XeberAzBu gün 15:31