Qəbələdə dəhşətli yol qəzası: ölən və yaralananlar ətrafa səpələndi

  • 12.06.2019
  • 0

Qəbələ rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az-ın APA-ya istinadən xəbərinə görə hadisə Qəbələ-Oğuz avtomobil yolunun Mirzəbəyli kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. "VAZ-2107" və "Toyota" markalı minik avtomobillərinin toqquşması nəticəsində Mirzəbəyli kənd sakini, 22 yaşlı Muradov Şahmurad Qorxmaz oğlu aldığı ağır xəsarətlər səbəbindən hadisə yerində dünyasını dəyişib. Nic qəsəbə sakinləri - 1999-cu il təvəllüdlü Boyacari Dmitri Borisaur, 1973-cü il təvəllüdlü Boyacari Boris  Baqroviç, 1961-ci il təvəllüdlü Zeynalov İzafəddin Nəcməddin oğlu ağır bədən xəsarətləri aldığı üçün Qəbələ Regional Diaqnostika Mərkəzinə aparılıb.

Faktla bağlı araşdırma aparılır.

Qəzanın videosunu təqdim edirik:

Nə düşünürsən?