Misirdə törədilmiş terrorda ölənlərin sayı 305-ə çatdı

  • 25.11.2017
  • 0

Noyabrın 24-də Misirdə terrorçuların məscidə hücumu nəticəsində ölənlərin sayı 305 nəfərə çatıb. APA-nın "Hürriyet"ə istinadən verdiyi xəbərə görə, bu rəqəmi prokurorluq açıqlayıb. Xatırladaq ki, hadisə Sinay yarımadasının şimalındakı Ariş şəhərinin Abed qəsəbəsində baş verib. Cümə namazı zamanı 25-30 terrorçu məscidə gəlib. Onlar əvvəlcə partlayış törədərək daha sonra insanları atəşə tutublar. Ölənlərdən 27-si uşaqdır. Terroru Sinay yarımadasında fəaliyyət göstərən İŞİD-ə bağlı qrupların törətdiyi güman olunur. Onların dəfələrlə yerli sufi icmasını hədələdikləri bildirilir. Misirdə 3 günlük matəm elan olunub.