Bakı parlament platforması

  • 12.06.2019
  • 0

REAL xəbər verir ki, konfransda ATƏT PA-nın vitse–prezidenti Azay Quliyev, MM sədrinin müavini Bahar Muradova, Almaniya Bundestaqının vitse-spikeri Tomas Operman, Böyük Millət Məclisinin (TBMM) vitse-spikeri Süreyya Sadi Bilgiç çıxış edib.


"Azərbaycan almanlar üçün sığınacaq yeri olub. Qafqazda maraqlı tərəfdaşımız Azərbaycandır".


Bunu Almaniya Bundestqının vitse-prezidenti Tomas Operman Bakıda keçirilən "Dialoq və Əməkdaşlıq üzrə Bakı Parlament Platforması"nın təsis konfransında deyib: "Azərbaycan Almaniyanın 5-ci neft təchizatçısıdır. Sülh yolu ilə danışıqların mütləq nəticələri olur. Müharibələrin sülh yolu ilə həllinə çalışmaq lazımdır. Dağlıq Qarabağ münaqişəsi 10 illərdir davam edir, insanlar əziyyət çəkir, problemlərlə üzləşir. Biz ATƏT-in bu istiqamətdə sülh missiyasını dəstəkləyirik. Almaniya Federativ Respublikası münaqişənin həlli üçün əlindən gələni edir. Bizim Azərbaycanla və Ermənistanla normal münasibətlərimiz var. Ümid edirəm ki, bu münaqişə sülh yolu ilə həll ediləcək".


"Türkiyə və Azərbaycan qardaş ölkədir. Azərbaycanın inkişafı bizi çox sevindirir. Heç bir dövlət dünyada baş verən proseslərdən kənarda qala bilməz. Terrorla ciddi mübarizə aparmaq üçün ortaq mövqe olmalıdır. Bu sahədə iki və çoxtərəfli müzakirələr aparıla bilər. Avropada islamafobiya ortaya çıxır. Bu, narahatlıq doğurur. Ona görə də bu məsələ şiddətlənmədən qarşısı alınmalıdır. İnanıram ki, Bakı Parlament Platforması bu və ya digər məsələlərlə bağlı ciddi işlər görəcək", -deyə Türkiyə Böyük Millət Məclisinin vitse-spikeri bildirib.


O Dağlıq Qarabağ münaqişəsində Türkiyənin Azərbaycanı dəstəklədiyini bildirib: "Münaqişə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməlidir. Türkiyə bu istiqamətdə atılan addımlarda Azərbaycanın yanındadır".

Nə düşünürsən?