Şeyx Həmzət Bakıdakı güllələnmədən yazdı: Qətlin səbəbi

  • 12.06.2019
  • 0

Çeçen əsilli "kriminal avtoritet", kriminal aləmdə Şeyx Həmzət adı ilə tanınan Həmzət Qastəmirov Bakıda güllələnərək qətlə yetirilən Budaqlı Mübariz Mürsəl oğlu ilə bağlı paylaşım edib.

AzNews.az xəbər verir ki, azərbaycanlı kriminal avtoritet Rövşən Canıyevin (Lənkəranski) varisi hesab edilən çeçen qanuni oğru bu cür hadisələrin baş verməsinin səbəbi kimi Lənkəranskinin yoxluğunu göstərib. O, yaxın dostunun həsrətinə çox üzüldüyünü paylaşımına qeyd edib:

"Rövşən, sənin yerin görünür. Sənin həsrətin üzür".

Xatırladaq ki, “Favorit” supermarketinin yanında qeydə alınan güllələnmə hadisəsi zamanı öldürülən şəxsin kriminal aləmin nümayəndəsi Mübariz Budaqlı olduğu deyilir. 1976-cı il təvəllüdlü M. Budaqlı İnterpol xətti ilə axtarışa verilibmiş.

Qeyd edək ki, Şeyx Həmzət 2016-cı 18 avqustunda İstanbulun Beşiktaş rayonunun Barbarossa bulvarında qətlə yetirilən azərbaycanlı kriminal avtoritet Rövşən Canıyevin (Lənkəranski) ortağı olub. Lənkəranskinin ölümündən sonra ona məxsus İtaliyanın Pozitano şəhərindəki "Le Sirenuse" və "Covo dei Saraceni" hotelləri, həmçinin bir sıra başqa obyektlər Şeyx Həmzətin mafioz qrupunun ümumi Avropa kassasına tabe etdirilib.

Nə düşünürsən?