“Azərbaycan millisinə imkan vermədik” - Pavel Hapal

  • 12.06.2019
  • 0

Slovakiya millisinin baş məşqçisi Pavel Hapal AÇ-2020-nin seçmə mərhələsi çərçivəsində Azərbaycan yığmasına qarşı keçirdikləri səfər oyununu şərh edib.

“Qafqazinfo” xəbər verir ki, çexiyalı mütəxəssis, 5:1 hesabı ilə qələbə qazandıqları oyundan sonra, təşkil olunan mətbuat konfransında çıxış edərək sona qədər yaxşı oyun sərgilədiklərini bildirib:

“Mən deməzdim, zəif komandaya qarşı çıxış etdik. Sadəcə olaraq, performansımız bugünkü oyunda çox yüksək idi və biz rəqibə imkan vermədik ki, istədiyini edə bilsin”.

Nə düşünürsən?