Eyni meyvənin qiyməti arasında kəskin fərq var - Səbəb nədir?

  • 11.06.2019
  • 0

Bakıda mağazalarda eyni meyvələrin qiymətləri arasında kəskin fərq var.

Xezerxeber.az-ın məlumatına görə, yeşiklərin birindəki gilasın 1 kiloqramı 1 manat 60 qəpik, başqa bir yeşikdəki gilasın 1 kiloqramı isə 8 manatdır.

Bu fərq özünü bazarlardan daha çox, mağazalarda göstərir.

Satıcılar bu fərqin səbəblərinin olduğunu deyirlər.

Mağaza sahibi Arif Məmmədov deyir ki, gilaslar hamısı yerli sortdur. Ən bahalıları isə şimal bölgəsinin gilasları hesab olunur.

Gilasla yanaşı ərikdə də qiymət fərqi müşahidə edilir.

Bu meyvənin də qiymətindəki kəskin fərq məhz sortu ilə əlaqədardır. Amma bununla belə, satıcılar yaxın günlərdə qiymətin aşağ düşəcəyini deyirlər. Çünki bazarda bolluq olacaq.

Nə düşünürsən?