Bakıda qəza: Sürücü "Araz" marketə girdi

  • 11.06.2019
  • 0

Bu gün axşam saatlarında Bakıda daha bir yol-nəqliyyat hadisəsi baş verib.


Hadisə şahidlərinin BAKU.WS-ə verdiyi məlumata görə, qəza Qaraçuxur qəsəbəsində baş verib.




Belə ki, saat 17:00 radələrində hərəkətdə olan VAZ-2107 qəfil yoldan çıxaraq "Araz" marketə çırpılıb.


Nəticədə minik maşınına ciddi ziyan dəyib, sürücünün başı yarılıb. Onu yaxınlıqdakı şəxslər maşından çıxararaq ilkin tibbi yardım gösəriblər.


Nə düşünürsən?