Dövlət hərəkətə keçdi: Bunu etməyən şəxslər cərimlənəcək!

  • 11.06.2019
  • 0

Bu ilin 5 ayında 96 mindən çox əmək müqaviləsi imzalanıb.

Xezerxeber.az-ın məlumatına görə, Vergilər Nazirliyi paytaxtda və bölgələrdə əmək müqaviləsinin bağlanma vəziyyətini yoxlamaq məqsədilə nəzarət tədbirləri həyata keçirib. Təkcə may ayında 32 şadlıq evində və 61 istixanada aparılan yoxlamalar zamanı xeyli insanın əmək müqaviləsi olmadan işə cəlb edildiyi ortaya çıxıb.

Vergilər Nazirliyinin idarə rəisi Zaur Quliyevin sözlərinə görə, bu il 96 mindən artiq əmək müqaviləsi bağlanıb. Bunun 70 faizə yaxını qeyri-dövlət sektorunun payına düşür.

Yoxlamalar zamanı 53 vergi ödəyicisinin fəaliyyətində cinayət əlaməti faktları müəyyən edilib. Araşdırmalardan sonra aşkar edilmiş faktlara hüquqi qiymət veriləcək.

Nə düşünürsən?