Azərbaycanda "zapravka"nın qarşısında ağır qəza - maşınlar yandı

  • 11.06.2019
  • 0

Bərdədə bir neçə gün öncə baş verən qəzanın görüntüsü ortaya çıxıb.

XəzərXəbər xəbər verir ki, rayonun Alpoud kəndində yanacaqdoldurma məntəqəsinin qarşısında baş verən qəza təhlükəsizlik kamerasına tuş gəlib.

Kadrlardan da göründüyü kimi iki "QAZel” markalı maşın toqquşur və nəticədə yük maşınında yanğın baş verir.

Qəza zamanı hər iki maşının sürücüsü xəsarət alıb. (Baku.ws)