Ağa Nemətulla küçəsində ağaclar kəsilir?

  • 10.06.2019
  • 0

Sosial şəbəkələrdə Nərimanov rayonu, Ağa Nemətulla küçəsi 32-də ağac kəsintisinə dair görüntülər yayılıb. Məsələ ilə bağlı Cebhe.info-ya açıqlama verən Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinin Bitkilərin mühafizəsi şöbəsinin rəisi Orxan Məmmədov bu ərazidə kəsinti yox, budama işlərinin getdiyini bildirib: “Ağa Nemətulla küçəsində 6-7 binanın həyətində yaşıllıq ərazisi var. Orada 20-30 nəfər Ekologiya və Təbii Sərvətlər Nazirliyinə  müraciət edib. Onlar ağacların budanmasına və quru ağacların kəsilməsinə rəy alıblar, yaş ağaclar isə olduğu kimi qalır. Nəticədə aqrotexniki qaydada budama işləri gedir. Sadəcə qurumuş ağaclar kəsilir. Yaş ağacın kəsiməsi qanun pozuntusudur və onların kəsilməsindən söhbət gedə bilməz. Yaş ağac niyə kəsilsin axı?” 

Nə düşünürsən?