Sabirabadda avtomobil kanala aşıb, sürücü ölüb

  • 10.06.2019
  • 0

Sabirabadda avtomobil kanala aşıb, sürücü ölüb.

Sabirabad rayon sakini, 1982-ci il təvəllüdlü Azad Hümbət oğlu Həziyev "VAZ-2106” markalı 36 BS 228 dövlət nömrə nişanlı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə maşın yoldan çıxaraq kanala düşüb.

Sürücü hadisə yerində boğularaq ölüb. Meyit avtomobildən çıxarılaraq Sabirabad rayon morqunda müayinə edildikdən sonra ailəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Nə düşünürsən?