Ölkə şokda: Aksiyaçılar güllələndi

  • 10.06.2019
  • 0

Haitidə hökumət əleyhinə aksiyalar zamanı yaranan qarşıdurmalarda 2 nəfər həlak olub, daha 4 nəfər yaralanıb. FaktXeber.com-un AP-yə istinadla verdiyi məlumata görə, bu barədə hüquq mühafizə orqanlarından məlumat verilib.

Bildirilir ki, naməlum şəxs kütləyə atəş açıb. Qarşıdumalarla əlaqədar 12 nəfər saxlanılıb.

Qeyd edək ki, bazar günü Porto-Perense, Jakmel, Kap-Aityen, Sen-mark və Qonaiv şəhərlərində on minlərlə haitiliy  prezident Jovanel Moizanın istefasını tələb etmək üçün küçələrə axışıb.  Polis Prezident Saraynın ətrafına barrikada quraraq, nümayişçiləri dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edib.

Venesuelada  iqtisdi böhran Hatitiyə də təsir edib. Belə ki, Bolivarian Respublikasından neftin ixracının kəskin azalması Haitidə elektrik enerjisinin istehsalına mane olur. Haitilər hazırda gündə cəmi bir neçə saatlığına elektriklə təmin olunurlar. 

Nə düşünürsən?