Çavuşoğlu Türkiyə millisinin müdafiəsinə qalxdı

  • 10.06.2019
  • 0

Türkiyənin futbol üzrə milli komandası Avro-2020-nin seçmə mərhələsində İslandiya ilə qarşılaşmadan öncə xoşagəlməz halla üzləşib. FaktXəbər bildirir ki, türk futbolçular ölkənin hava limanında bir neçə saat gözlədilib.

Məsələyə Türkiyənin XİN rəhbəri Mövlud Çavuşoğlu da qarışıb və bunun cavabsız qalmayacağını açıqlayıb: "Milli yığmamızın İslandiya hava limanında üzləşdiyi hal qəbuledilməzdir. Millətimiz əmin olsun ki, zəruri addımlar atılacaq".

Nə düşünürsən?